EN

Alman döyüş təyyarələri Baltik dənizi üzərində Rusiya kəşfiyyat təyyarələrinin qarşısını aldı

Alman döyüş təyyarələri Baltik dənizi üzərində Rusiya kəşfiyyat təyyarələrinin qarşısını alıb.Bu barədə Alman Hərbi Hava Qüvvələri X sosial media platformasında məlumat verib.Açıqlamada Rusiya kəşfiyyat təyyarəsinin transponder siqnalı olmadan uçduğu qeyd edilib.Yanvarda da oxşar hadisə baş vermişdi və “İL-20” tipli Rusiya kəşfiyyat təyyarəsinin Rügen adasının sahillərində transponder siqnalı olmadan uçması səbəbindən Almaniya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri təcili havaya qalxmışdı.Qeyd edək ki, Almaniya Hərbi Hava Qüvvələri 5 Eurofighter döyüş təyyarəsi ilə NATO-nun Baltikyanı ölkələrin hava məkanını qoruyan Baltik Hava Polisi Missiyasında iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
163
34
afn.az

10Sources