AZ

Bu ölkə Ukraynaya zirehli döyüş maşınları göndərdi

Litva M-577 zirehli döyüş maşınları partiyasını Ukraynaya təhvil verib.

Axar.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Laurinas Kasçyunas bildirib ki, Ukraynaya kömək etmək strateji məqsədləridir:

"Bizim və müttəfiqlərimizin təhvil verdiyi silah və texnika Ukraynanın hərbi ehtiyaclarını ciddi şəkildə ödəyir".

Qeyd edək ki, Litva Ukraynaya hərbi dəstək planı hazırlayıb. Bu dəstək 2024-cü ildən 2026-cı ilə qədər azı 200 milyon avro təşkil edəcək.

Xatırladaq ki, müharibə başlayandan bəri Litva Ukraynaya 605 milyon avro məbləğində hərbi yardım göstərib.

Seçilən
152
34
Mənbələr
Şərh ()
Bağla