AZ

Almaniya Ukraynaya yeni hərbi yardım elan etdi

Almaniya Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardımın təhvil veriləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Almaniya hökumətinin saytında məlumat verilib.

Almaniya Ukraynaya 18 min 155 mm-lik NATO mərmisi, 14 Vektor kəşfiyyat PUA-sı, 30 RQ-35 Heidrun pilotsuz təyyarəsi, həmçinin Leopard tankları üçün döyüş sursatları təhvil verəcək.

Ölkə eyni zamanda Kiyevə 2 min RGW 90 Matador qumbaraatanları, 180 İHA aşkarlama sistemi və infraqırmızı kameralar göndərəcək.


Müəllif: Teleqraf.com
Seçilən
106
34
Mənbələr
Şərh ()
Bağla