AZ

Almaniya Ukraynaya elə silahlar göndərir ki...

Almaniya yeni hərbi yardım paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə (UAF ) 18 min 155 mm-lik mərmi və onlarla kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) təhvil verildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin saytında dərc olunub.

Almaniya Ukraynaya 18 min 155 mm-lik NATO mərmisi, 14 "Vektor" kəşfiyyat PUA-sı, 30 "RQ-35 Heidrun" pilotsuz uçuş aparatı, həmçinin "Leopard" tankları üçün sursat təhvil verəcək .

Ukrayna Silahlı Qüvvələrinə verilən texnikanın siyahısına 6 ədəd “Wisent 1” minaaxtaran maşın və iki “Qunduz” körpüdüzən maşın əlavə edilib. Almaniya həmçinin Kiyevə 2 min "RGW 90 Matador" qumbaraatanları, 180 PUA aşkarlama sistemi və infraqırmızı kameralar göndərəcək.

Seçilən
119
34
Mənbələr
Şərh ()
Bağla