EN

Tofiq Yaqublunun həbs müddəti uzadılıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.APA xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib. Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.

Chosen
107
21
1

1Sources

Comment ()
Close