EN

Betonda basdırılmış uşaq qalıqları tapıldı

Betonda basdırılmış uşaq qalıqları tapıldı

Yanvarın 10-da ABŞ-ın Kolorado ştatında baş verən hadisədə polis şübhəli fəaliyyətlə bağlı gəldikləri evdə axtarış aparıb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, qruplar evin anbar hissəsində betonla dolu metal qutu aşkar edərək qutuya baxış keçirib. Əldə edilən nəticələrə görə, betonda uşaq qalıqları aşkar edilib.

Polis açıqlamasında hadisə ilə bağlı qətl araşdırması apardıqlarını bildirib. İstintaq çərçivəsində 2018-ci ildə 3 və 5 yaşlarında yoxa çıxan iki uşağı axtardıqları qeyd edilib.

İtkin düşən iki uşaqla betonda basdırılmış uşaq qalıqları arasında əlaqənin olması barədə məlumat verilməyib.

Chosen
175
23
sonxeber.az

10Sources