AZ

Belaruslu qadın su basmış zirzəmiyə düşüb və...

Belarusda, Kalinkoviçidə qadın su basmış zirzəmidə az qala boğulacaqdı. O, təcili yardım əməkdaşları tərəfindən tapılaraq xilas edilib.

SİA bu barədə Belarus saytlarına istinad edir.

Deyilənlərə görə, xilasedicilər 85 yaşlı yerli sakini yaşadığı evin həyətindəki zirzəmidə aşkar ediblər.

Su basmış zirzəmiyə düşən qadın sonradan oradan çıxa bilməyib. O, demək olar ki, təsadüfən tapılıb - şəxsi binaların olduğu ərazidə xilasetmə redi zamanı.

Qadın sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, fevralın 2-nə olan məlumata görə, Qomel vilayətində 59 yaşayış binası, 11 zirzəmi, 101 həyətyanı sahə, 46 yardımçı tikili, 13 yol hissəsi və 33 bağ evi su altında qalıb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
23
sia.az

10Mənbələr