AZ

Polşada itkin düşən azərbaycanlı qadının meyiti çaydan tapıldı

Polşada iki aylıq uşağı ilə birlikdə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti tapılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onun meyiti Oder çayında aşkarlanıb.

 

“Meyiti su polis bölməsinin əməkdaşları tapıb. Belə bir vəziyyətdə onun kimliyini müəyyən etmək çətindir. Amma bizim polislər geyiminə görə onun qadın olduğuna inanırlar. Biz onu da təxmin edirik ki, bu, itkin düşən Adilə ola bilər. Lakin o, uşaqsız - tək tapılıb”, - deyə Vroclav əyaləti polis idarəsinin mətbuat xidmətindən Aleksandra Pieprzycka bildirilib.

 

Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşmüşdü.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
23
senzor.az

10Mənbələr