Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.
Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.
***
17:35
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aerokosmik Sənayesinin (TUSAŞ) qarşısında atışma davam edir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, içəridə girovların olduğu bildirilir.
***
17:11
Ankaranın Kahramankazan rayonunda TUSAŞ obyektinin qarşısında silahlı hücum olub.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.
"SABAH" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.