AZ

Türkiyədə ölənlərin sayı artdı: Terror aktını kim törədib?

Türkiyənin Ankara şəhərində yerləşən TUSAŞ aerokosmik korporasiyasının obyektində törədilən terror aktı nəticəsində ölənlərin sayı 5-ə, yaralıların sayı isə 22-yə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Məlumata görə, hücumda bir kişi və bir qadın olmaqla iki silahlı iştirak edib. Onların hər ikisi zərərsizləşdirilib. Şirkətin əməkdaşları üçün təhlükə yoxdur. Nazirin sözlərinə görə, hücumun arxasında PKK terror təşkilatı dayanıb.

Seçilən
6
1
demokrat.az

10Mənbələr