Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı 5 nəfərə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
O əlavə edib ki, yaralananların ümumi sayı 22 nəfər təşkil edir. Onlardan üçü artıq xəstəxanadan buraxılıb.
***20:00
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.
İqtisadiyyat.az xəbər verir ki,Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
***19:22
Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücum həyata keçirən üç terrorçudan ikisi zərərsizləşdirilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sabah" nəşri yazıb.
Digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam etdirir.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında yazıb ki, TUSAŞ-da törədilən terror aktı nəticəsində üç nəfər şəhid olub, 14 nəfər yaralanıb.
O qeyd edib ki, son terrorçu zərərsizləşdirilənə qədər terroristlərlə mübarizə qətiyyətlə davam edəcək.
***18:53
TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.
İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.
Məlumata görə, avtomat və tapançalarla silahlanan terrroçular insanları girov götürüb.
3 nəfərin həlak olduğu, 14-nün isə yaralandığı deyilir. Polis ərazini mühasirəyə alıb, helikopterlər havadan dəstək verir.
TUSAŞ'taki saldırıyı gerçekleştiren teröristler kamerada! pic.twitter.com/OYdSyL380d
— İhlas Haber Ajansı (@ihacomtr) October 23, 2024
***18:29
Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ-ın ("Türk Aviasiya və Kosmik Sənayesi" ASC) obyektlərində partlayış baş verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Partlayışlar zaman iki nəfərin həyatını itirdiyi bildirilir.
Həmçinin, bir neçə şəxsin girov götürüldüyü barədə məlumatlar verilir.
Terrorist attack in #Turkey
— Dilip (@dilipyadav_10) October 23, 2024
The scene is very scary.
Terrorists have no religion, terrorists only shame the mind and strangle the mother.
These terrorists should be hanged pic.twitter.com/8TWy3kP2xJ