EN

Sabunçuda iki nəfərin meyitinin aşkarlanması faktı ilə bağlı araşdırma aparılır

Sabunçuda

Bakı, 21 oktyabr, AZƏRTAC

Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Chosen
5
29
azertag.az

10Sources