AZ

Baş Prokurorluq ər və arvadın ölüm faktı ilə bağlı MƏLUMAT YAYDI

Sabunçu rayonunda iki nəfərin meyiti aşkar edilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

 

Qeyd olunub ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 


“Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib”, - qurum əlavə edib.

 

Günay 

Seçilən
1
20
sfera.az

10Mənbələr