AZ

Sabunçuda iki nəfərin meyitinin aşkarlanması faktı ilə bağlı araşdırma aparılır

Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
5
29
yeniazerbaycan.com

10Mənbələr