Salyanda 51 yaşlı kişi döyülərək öldürüldü
Salyan sakini döyülərək öldürülüb.BUTA.TV xəbər verir ki, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldürülüb. Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Elşən Səmədov saxlanılıb. Araşdırma aparılır.