AZ

Salyanda 51 yaşlı kişi döyülərək öldürüldü

Salyan sakini döyülərək öldürülüb.
BUTA.TV xəbər verir ki, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb. Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldürülüb. Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Elşən Səmədov saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
4
5
buta.tv

10Mənbələr