AZ

Salyan sakini döyülərək öldürülüb

Salyan sakini döyülərək öldürülüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldürülüb. Artıq onu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, oktyabrın 19-da saat 21:00 radələrində salyan rayon sakini Əziz Salayevin baş nahiyyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü E.Səmədov saxlanılıb.

Araşdırmalar aparılır.

Hadisənin əsl səbəbi isə araşdırmalardan sonra məlum olacaq.

Seçilən
6
28
azpolitika.info

10Mənbələr