Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ qəbul edilməyib.
"Biz hələ daxili tənzimləmə prosedurlarını tamamlamalıyıq", - deyən M.Qriqoryanın sözlərinə görə, demarkasiya prosesinin həyata keçirilməsinə dair sazişin əsas məqsədi bütün problemlərin sakit, əsaslı və qanuni həllini təmin etməkdir.
O əmin edib ki, demarkasiya prosesi tamamilə qanunidir: "Bu prosesdə heç bir ziddiyyət yoxdur".
ZÜMRÜD