AZ

Qriqoryan: Sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ verilməyib

Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ qəbul edilməyib.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin baş nazirinin müavini Mher Qriqoryan deyib.

"Biz hələ daxili tənzimləmə prosedurlarını tamamlamalıyıq", - o bildirib.

M.Qriqoryanın sözlərinə görə, demarkasiya prosesinin həyata keçirilməsinə dair sazişin əsas məqsədi bütün problemlərin sakit, əsaslı və qanuni həllini təmin etməkdir.

O əmin edib ki, demarkasiya prosesi tamamilə qanunidir.

“Bu prosesdə heç bir ziddiyyət yoxdur”, - baş nazirin müavini əlavə edib.

Seçilən
5
7
bakivaxti.az

10Mənbələr