AZ

Mqer Qriqoryan: "Sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ verilməyib"

Image

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib ki, Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ qəbul edilməyib.

"Biz hələ daxili tənzimləmə prosedurlarını tamamlamalıyıq", - deyən M.Qriqoryanın sözlərinə görə, demarkasiya prosesinin həyata keçirilməsinə dair sazişin əsas məqsədi bütün problemlərin sakit, əsaslı və qanuni həllini təmin etməkdir.

O əmin edib ki, demarkasiya prosesi tamamilə qanunidir: "Bu prosesdə heç bir ziddiyyət yoxdur".

ZÜMRÜD





Seçilən
0
7
baki-xeber.com

10Mənbələr