AZ

Mqer Qriqoryan: "Sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ verilməyib"

Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasının növbəti mərhələsi ilə bağlı qərar hələ qəbul edilməyib.

Demokrat.az  xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ölkənin baş nazirinin müavini Mqer Qriqoryan deyib.

"Biz hələ daxili tənzimləmə prosedurlarını tamamlamalıyıq", - deyə o bildirib.

M.Qriqoryanın sözlərinə görə, demarkasiya prosesinin həyata keçirilməsinə dair sazişin əsas məqsədi bütün problemlərin sakit, əsaslı və qanuni həllini təmin etməkdir.

O əmin edib ki, demarkasiya prosesi tamamilə qanunidir.

Seçilən
3
7
demokrat.az

10Mənbələr