EN

Formula 1: Sinqapurda Lando Norris hamını qabaqladı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 18-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Sinqapurda təşkil olunub.

Sinqapur şəhərindəki yarışda “Maklaren”in sürücüsü Lando Norris hamıdan sürətli olub. O, 62 dövrəlik yarışı birinci sırada yekunlaşdırıb. Bu, Norrisin həm cari mövsümdə, həm də karyerası ərzində 3-cü qələbəsidir. Bundan əvvəl britaniyalı sürücü Mayami və Niderland qran-prilərində finiş xəttini birinci keçmişdi.

Çempionatın lideri, ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen bu dəfəki yarışı ikinci sırada bitirib. Bir həftə əvvəl Bakıda qələbə qazanmış Oskar Piastri (“Maklaren”) isə Sinqapur qran-prisini 3-cü pillədə başa vurub.

18 turdan sonra 331 xala malik Maks Ferstappen hələ də vahid liderdir. Lando Norris 279 xalla 2-ci, Şarl Lekler isə 245 xalla 3-cü sırada qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 516 xalla zirvədə qərarlaşıb. “Red Bull” 475 xalla ikinci sırada qərarlaşıbsa, “Ferrari” 441 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 19-cu qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Sözügedən yarış oktyabrın 20-də Texas ştatında baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 331
  2. Lando Norris (Maklaren) – 279
  3. Şarl Lekler (Ferrari) – 245
  4. Oskar Piastri (Maklaren) – 237
  5. Karlos Sayns (Ferrari) – 190
  6. Luis Hamilton (Mersedes) – 174
  7. Corc Rassell (Mersedes) – 155
  8. Serxio Peres (Red Bull) – 144
  9. Fernando Alonso (Aston Martin) – 62
  10. Niko Hulkenberq (Haas) – 24
  11. Lens Stroll (Aston Martin) – 24
  12. Yuki Tsunoda (Rasinq Bulls) – 22
  13. Aleksander Albon (Uilyams) – 12
  14. Daniel Rikkardo (Rasinq Bulls) – 12
  15. Pyer Qasli (Alpin) – 8
  16. Oliver Berman (Ferrari) – 7
  17. Kevin Maqnussen (Haas) – 6
  18. Esteban Okon (Alpin) – 5
  19. Franko Kolapinto (Uilyams) – 4
  20. Jou Quanyu (Zauber) – 0
  21. Loqan Sarcent (Uilyams) – 0
  22. Valtteri Bottas (Zauber) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 516
  2. Red Bull – 475
  3. Ferrari – 441
  4. Mersedes – 329
  5. Aston Martin – 86
  6. Rasinq Bulls – 34
  7. Haas – 31
  8. Uilyams – 16
  9. Alpin – 13
  10. Zauber – 0
Chosen
46
3
arena.az

10Sources