EN

Sumqayıtda avtotəmir sexindəki yanğın söndürüldü - YENİLƏNİB

Sumqayıt şəhərindəki avtomobil təmiri sexində söndürülüb.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
 
***
 
13:35
 
Sumqayıt şəhərindəki avtomobil təmiri sexində başlayan yanğın qismən söndürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında qeyd olunub.
 
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdrılıb.
 
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
23
moderator.az

10Sources