AZ

Sumqayıtda açıq ərazi yanır

Bakı. Trend:

Sumqayıtda açıq ərazidə yanğın başlayıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, Koroğlu prospektində açıqərazidə yanğın baş verib. Əraziyə FHN-in Dövlət Yanğından MühafizəXidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən1500kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, ocümlədən, yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdiyaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdəməhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davametdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
10
az.trend.az

10Mənbələr