AZ

Sumqayıtda açıq ərazi yanır 

Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda açıq ərazidə yanğın başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verib. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

 

 
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
20
hafta.az

10Mənbələr