AZ

Sumqayıtda avtotəmir sexindəki yanğın söndürülüb— YENİLƏNDİ (FOTO/VİDEO)

Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Demokrat.az 
xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

***13:28

Sumqayıt şəhərindəki avtomobil təmiri sexində başlayan yanğın qismən söndürülüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında qeyd olunub.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdərılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***12:50

Sumqayıt şəhərində avtomobil təmiri sexi yanır. 


Demokrat.az  "Report.az"a istinadən xəbər verir ki, geniş ərazini əhatə edən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) briqadası hadisə yerinə gəlib. 
 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
24
demokrat.az

10Mənbələr