“Telegram”ın təsisçisi Pavel Durov məhkəməyə aparılmaq üçün polis nəzarətindən azad edilib.
Far.Az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Onun məhkəməyə aparılmaq üçün həbsdən azad edildiyi bildirilir.
O da qeyd edilir ki, Durov ilk dəfə dindiriləcək və ona qarşı ittihamlar da irəli sürülə bilər.
Bundan əvvəl Fransa prokurorluğu Durova qarşı aparılan istintaqı şərh edib. Bildirilib ki, “Telegram”-ın təsisçisi bu işdə yeganə müttəhimdir.
***
16:55
"Telegram"ın yaradıcısı Pavel Durov məhkəməyə gətirilib.
Far.Az AFP-yə istinadən xəbər verir ki, onun daha 48 saat nəzarət altında qalıb-qalmamasına qərar veriləcək.
Pavel Durovun öz telefonuna giriş imkanı yaradacağı halda azadlığa buraxıla biləcəyi qeyd olunub.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisdə saxlanılıb.