AZ

Pavel Durov məhkəməyə aparılmaq üçün polis nəzarətindən azad edilib - YENİLƏNİB

“Telegram”ın təsisçisi Pavel Durov məhkəməyə aparılmaq üçün polis nəzarətindən azad edilib. APA xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Onun məhkəməyə aparılmaq üçün həbsdən azad edildiyi bildirilir.

O da qeyd edilir ki, Durov ilk dəfə dindiriləcək və ona qarşı ittihamlar da irəli sürülə bilər.

Bundan əvvəl Fransa prokurorluğu Durova qarşı aparılan istintaqı şərh edib. Bildirilib ki, “Telegram”-ın təsisçisi bu işdə yeganə müttəhimdir.

***

16:55

"Telegram"ın yaradıcısı Pavel Durov məhkəməyə gətirilib.

APA AFP-yə istinadən xəbər verir ki, onun daha 48 saat nəzarət altında qalıb-qalmamasına qərar veriləcək.

Pavel Durovun öz telefonuna giriş imkanı yaradacağı halda azadlığa buraxıla biləcəyi qeyd olunub.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisdə saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
apa.az

10Mənbələr