AZ

Durovun mühafizəçisi və köməkçisi sərbəst buraxılıb

Fransada saxlanılan Pavel Durovun mühafizəçisi və köməkçisi dindirildikdən sonra sərbəst buraxılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı \"France-Presse” agentliyi yayıb. 

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

Qeyd edək ki, teleqramın təsisçisi Pavel Durovun saxlanma müddəti avqustun 28-nə qədər uzadılıb. 

Onu da xatırladaq ki, P.Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
azxeber.com

10Mənbələr