EN

"Formula-1": Lando Norris Niderlandda finişə birinci çatıb

"Formula-1" üzrə dünya çempionatında Niderland Qran-prisi keçirilib.

İdman.biz xəbər verir ki, Lando Norris finiş xəttini birinci keçib.

Sıralamada "Maklaren" pilotunu Maks Ferstappen (Red Bull) və Şarl Lekler ("Ferrari") izləyib. Britaniyalı sürücü mövsümdə karyerasında və mövsümdə ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Bu qələbədən sonra xalını 224-ə yüksəldən Norris lider Ferstappenlə fərqi bir az azaldıb. Niderland sürücü 295 xal toplayıb. 3-cü pillədə qərarlaşan Leklerin hesabında 192 xal var.

Formula-1. Niderland Qran-prisi.
1. Lando Norris ("Maklaren") – 72 dövrə
2. Maks Ferstappen ("Red Bull") +22.896
3. Şarl Lekler ("Ferrari") +25.439
4. Oskar Piastri ("Maklaren") +27.337
5. Karlos Sayns ("Ferrari") +32.137
6. Serxio Peres ("Red Bull") +39.542
7. Corc Rassell ("Mersedes") +44.617
8. Lyuis Hemilton ("Mersedes") +49.599
9. Pyer Qasli ("Alpin") +1 dövrə.
10. Fernando Alonso ("Aston Martin") +1 dövrə.

İdman.biz

Chosen
81
3
idman.biz

10Sources