• Şikayət et

Magistraturaya sənəd verənlər daha da azalacaq - 110 manat imtahan haqqı olar?

Kamran Əsədov: "Magistr pilləsinə gedənlərin sayının azalmasına səbəb heç də imtahanlar deyil"

Bu gün Azərbaycanda da Boloniya prosesinin bir hissəsi olan, Qərb ölkələrində təşəkkül tapan ikipilləli ali təhsil sistemi mövcuddur. Baza ali təhsilini bakalavr səviyyəsində bitirən istənilən tələbə konkret sahədə mütəxəssis olmaq üçün magistraturada təhsilini davam etdirə bilər.

Rəsmi statistikaya əsasən, 2021-ci ildə keçirilən imtahanda iştirak etmək üçün 21684 bakalavr qeydiyyatdan keçib və onlardan 418 nəfəri imtahana gəlməyib. 2017 və 2018-ci illərdə isə imtahanda iştirak etmək üçün, müvafiq olaraq, qeydiyyatdan keçən 13081 və 12387 nəfərin 146 -sı imtahana gəlməyib.

Araşdırmalar zamanı məlum olub ki, son illər magistraturaya maraq azalıb. Bunun səbəbi kimi imtahan zamanı tətbiq edilən yeni qaydalar deyil, eyni zamanda, imtahanlara görə tələb olunan xidmət haqqının 110 manat olması göstərilir. Bu qiymət hər kəsin büdcəsinə uyğun olmadığı üçün bakalavrlar magistraturaya maraq göstərmir.

Onu da qeyd edək ki, son 3 ildir magistraturaya qəbul imtahanı ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilir. Bu isə, təbii ki, imtahan iştirakçıları arasında birmənalı qarşılanmır.

"…imtahanlara görə tələb olunan xidmət haqqının 110 manat olması…"

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, magistratura imtahanının ancaq 3 fənn üzrə keçirilməsi düzgün deyil: “Danılmaz faktdır ki, universitetlərdə tələbələr ixtisaslarını zəif oxuyurlar, magistratura səviyyəsinə qəbul zamanı bir az onu oxuyurdular, indi heç o da olmayacaq. Yeni qaydalar ciddi problemlər yaradacaq. Belə ki, yeni qaydalara görə, bir mərhələdən sonra iştirakçıların təhsil aldıqları müddətdə əldə etdikləri akademik göstəricilər, yəni qiyməti, balı hesablanıb orta bal çıxarılacaq və o da birinci mərhələnin üzərinə gələcək, yekun bal olaraq toplanacaq".

Həmsöhbətimiz onu da əlavə etdi ki, son illərdə magistr pilləsinə gedənlərin sayının azalmasına səbəb heç də imtahanlar deyil, imtahanlara görə tələb olunan xidmət haqqının çox, 110 manat olmasıdır. Onun sözlərinə görə, 2016-cı ildə magistr pilləsinə qəbul olmaq üçün 25 min nəfər müraciət edirdisə və 3 manat ödəyirdisə, 2019-cu ildə 12 min nəfər müracət edib və 110 manat ödəyib: “Müraciət edənlərin sayını artırmaq üçün, plan yerlərini doldurmaq üçün DİM magistr imtahanlarına tələb olunan xidmət haqqını azaltmalı, ali təhsil müəssisələri magistr pilləsi üzrə təhsil haqlarını aşağı salmalıdır".

Günel CƏLİLOVA

Mənbə:
0
223
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar