AZ

“Bayern” azarkeşləri Ralf Ranqnikə qarşı petisiya yaratdılar

“Bayern” azarkeşləri alman mütəxəssis Ralf Ranqnikin Münhen komandasına yeni baş məşqçi dəvət edilməsinə qarşı petisiyaya başlayıblar.

Arena.az bu barədə “Salzburger Nachrichten” dərgisinə istinadən məlumat verir.

“Biz, “Bayern” azarkeşləri olaraq qeyd etmək istərdik ki, Tomas Tuxel doğru adamdır və onu saxlamaq gərəkdir! Buna görə də biz petisiyaya başlayırıq. Ümidvarıq ki, mətbuatın və klub rəhbərlərinin diqqətini cəlb edəcəyik”, – petisiyanın mətnində deyilir.

O da vurğulanır ki, Münhen təmsilçisinin azarkeşləri Ralf Ranqnikin vaxtilə “Leypsiq”in klub sistemində işləməsini bəyənmirlər.

Bu günədək bu petisiyanı 6000-dən çox insan imzalayıb.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda, hazırda Avstriya yığmasını çalışdıran Ranqnikin bu həftə “Bayern”in baş məşqçisi vəzifəsinə təyin edilə biləcəyi barədə məlumatlar yayılmışdı.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla