AZ

Blinken münaqişə başlayandan 7-ci dəfə İsrailə gedir


ABŞ dövlət katibi Antoni Blinken gələn həftə İsrailə səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin KAN dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, Blinken aprelin 30-da İsrailə səfərə gedəcək.
Səfər zamanı o, İsrail rəsmiləri ilə İsrail ordusunun Rəfaha mümkün hücumunu və HƏMAS-la Təl-Əviv arasında mümkün əsir mübadiləsini müzakirə edəcək.
Bu səfər ABŞ dövlət katibinin 2023-cü il oktyabrın 7-dən bəri regiona 7-ci səfəri olacaq.
Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla