AZ

Nihal Candan sərbəst buraxıldı

Beş aydan çox həbsdə olan Candan bacılarından Nihal Candan sərbəst buraxılıb.

News24.az xəbər verir ki, İşte Benim Stilim” proqramı ilə tanınan Bahar Candan, onun böyük bacısı Nihal Candan dəbdəbəli həyatları və paylaşımları ilə sosial media fenomeninə çevrilib.

Xatırladaq ki, Candan bacıları 2023-cü il noyabrın 16-da ucuz avtomobil vədi ilə bir çox insanı aldadan şəbəkə ilə birlikdə hərəkət etdikləri üçün həbs ediliblər.

Nihal Candanın 'yemək yeməmək xəstəliyi' olaraq da bilinən anoreksiya səbəbiylə həbsxanada 37 kilo arıqladığı öyrənilib.

Əldə edilən son məlumata görə, Nihal Candanın səhhətində yaranan problemlərə görə sərbəst buraxıldığı öyrənilib.

Günel Məlikzadə


Seçilən
23
Mənbələr
Şərh ()
Bağla