• Şikayət et

Köçkün ailələri uşaqlarını və orqanlarını satır – Sağ qalmaq üçün...

Əfqanıstanın Bəlx vilayətinin paytaxtında düşərgədə məskunlaşan köçkün ailələr sağ qalmaq üçün uşaqları və böyrəklərini satıblar.

“Tolo News” xəbər verir ki, bu köçkün ailələr ölkənin şimalındakı Bəlx, Sər-e-Pul, Fəryab və Cövzcan əyalətlərində Ə.Qəni hökuməti süqutuna qədər İslam Əmirliyi ilə keçmiş hökumət qüvvələri arasında ağır qarşıdurmadan xilas olanlardır.

Xeyriyyə komitəsi məcburi köçkün ailələrini uşaq və böyrəklərini satmaqdan çəkindirmək üçün onlara ərzaq və pul yardımı edir.

Bir uşağın qiyməti 100-150 min əfqan frankı, bir böyrəyin qiyməti isə 150-220 min əfqan frankı arasındadır. Ailələr Bəlx vilayətinin mərkəzi Məzari-Şərifdəki düşərgədə yaşayırlar.

Ailələr yoxsulluq, ölkədəki iqtisadi problemlər, həmçinin Covid-19-un yayılması səbəbindən belə qərarlar verməyə məcbur olduqlarını bildiriblər.

Xeyriyyə komitəsinin rəhbəri Məhəmməd Sadiq Haşimi sahibkarları, iş adamlarını ölkə daxilində ehtiyacı olan insanlara kömək etmək üçün səyləri artırmağa çağırıb: “Bəzi bacılar var idi ki, böyrəyini satmağa hazırdılar, bəziləri artıq böyrəklərini satıb. Bəzi ailələr gördüm ki, övladlarını satırlar. Biz onlara kömək edə bildik”.

İslam üləması və Bəlx sakinləri beynəlxalq ictimaiyyəti əfqanlara humanitar yardım göstərməyə çağırıblar, çünki ölkə ağır humanitar fəlakət yaşanır.

Mənbə:
0
143
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar