AZ

ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB

ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) 2024-cü ilin birinci rübündə 1,6 faiz artıb. Bu rəqəm proqnozdan aşağıdır.

Marja xəbər verir ki, ABŞ iqtisadiyyatının təxminən 2,5 faiz artacağı proqnozlaşdırılırdı. Məlumat dünyanın ən böyük iqtisadiyyatında artımın əhəmiyyətli dərəcədə yavaşlaması ilə bağlı narahatlıqları artırıb. Svop (swap) bazarında FED-dən faiz endirimi gözləntiləri də azalıb. Bütün 2024-cü il üçün bazarlarda yalnız 0,35 bəndlik faiz endirimi nəzərdə tutulur.

ABŞ-ın iqtisadi artımın proqnozdan aşağı olduğu məlum olduqdan sonra fond birjaları düşüb. Dow Jones Industrial Average 611 bənd və ya 1,6 faiz ucuzlaşıb. Azalmaya IBM və Caterpillar səhmləri rəhbərlik edib. S&P 500 indeksi 1,3 faiz, Nasdaq Composite indeksi isə 1,7 faiz ucuzlaşıb.

Müstəqil Məsləhətçi Alyansından Chris Zaccarelli, "Məlumatlar pisdir, iqtisadi artım yavaşlayır. İnflyasiya təzyiqləri isə davam edir. Digər tərəfdən, Fed inflyasiyanın düşəcəyini gözləyir. Bununla belə, bazarlar iqtisadiyyatın böyüməsini və şirkətin mənfəətinin artmasını görmək istəyir”,- deyib.

ABŞ-ın 10 illik istiqraz faizi 7 bənd artaraq 4,71% olub. Dollar da bahalaşıb.

Seçilən
142
Mənbələr
Şərh ()
Bağla