AZ

Britaniyada bir qadında qəribə virus aşkar edildi – Müalicəsi tapılmır

Britaniya sakini qəribə xəstəliklə üzləşib. Məsələ burasınddır ki, o, bu xəstəliyə yoluxandan sonra intim həyatına son qoyub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı Bianca Padurariu üç ildir ki, sirli sidik-cinsiyyət yolu infeksiyasından əziyyət çəkir. O, ilk dəfə 2021-ci ilin sentyabrında sistit əlamətlərini hiss edib. Paduraria daha tez-tez tualetə getməyə başlayıb, sidik ifrazı zamanı yanma hissi keçirib. Həkim ona antibiotik kursu təyin edib. Amma dərman da ona kömək etməyib. Digər həblərin də təsiri olmayıb. Növbəti analizlər heç bir anormallıq göstərmədiyi üçün həkimlər ona baxmaqdan imtina edib.

Sonda Padurariu özəl klinikaya müraciət etmək qərarına gəlib. Çünki gün ərzində o, 10-15 dəfə tualetə getməli olur. Sonradan qız xroniki sidik yollarının infeksiyasına yoluxduğunu öyrənib. Bundan başqa, onda endometriozun erkən mərhələsinin simptomları və böyrək problemləri aşkar edilib.

Həkimlər ona yalnız daha çox su və zoğal suyu içməyi məsləhət görüb. Hazırda Padurariu özəl klinikaların birində müalicə üçün vəsait toplamaq üçün kampaniyaya başlamaq qərarına gəlib. Qeyd edək ki, ilkin müalicə üçün ona səkkiz min funt sterlinq lazım olacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
119
Mənbələr
Şərh ()
Bağla