AZ

Cənubi Koreyada porno ulduzların iştirak edəcəyi festival ləğv edildi

Cənubi Koreyada Yaponiyadan olan porno ulduzların iştirak etdiyi böyük seks festivalı ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

“2024 KFX The Fashion” adlanan tədbirin 21-22 aprel tarixlərində Seulda baş tutması planlaşdırılırdı. Festivalın proqramına erotik rəqslər, çılpaq iştirakçılarla oyunlar və yeni seks oyuncaqlarının nümayişi daxil idi. Bununla belə, Koreya paytaxtının rayon şuraları və müxtəlif qadın icmaları festivala qarşı silaha sarılıb.

“2024 KFX The Fashion” üçün son məkan Qanqnam bölgəsindəki bar seçilib və tədbirin çox reklam edilmədən keçirilməsi qərara alınıb. Lakin rayon şurası bütün müəssisələrə festivalın “mənəvi cəhətdən zərərli” olduğunu bildirən məktublar göndərib. Tədbiri öz ərazilərində keçirmək icazəsi verən barlar və restoranlar hədələnib.

Festivalın təşkilatçısı Lee Hee-tae ölüm təhdidləri aldığını deyib. Qalmaqaldan sonra dəvət olunmuş porno ulduzlar təhlükəsizliklərindən qorxaraq iştirakdan imtina etməyə məcbur olublar.

Li Hee Tae qeyd edib ki, o, Cənubi Koreyada əyləncə mədəniyyətinin inkişafını təşviq etməyə çalışır. Bundan əlavə, o, hökuməti ikiüzlülükdə ittiham edib. “İnternetdə hamı pornoqrafiya paylaşır, sonra isə oflayn olub özünü günahsız kimi göstərir. Bu iddia nə vaxta qədər davam edəcək?”.

Digər məlumata görə, “2024 KFX The Fashion” ləğv edilsə də, təşkilatçılar festivalın iyun ayında keçiriləcəyini açıqlayıblar. Li Hee Tae bildirib ki, o, şəxsi məkanı icarəyə götürmək üçün danışıqlar aparır və daha çox yapon porno ulduzlarını dəvət etmək niyyətindədir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla