"Mutasiya olunmuş koronavirus ikiqat təhlükəlidir"

"Ölkə.az" "Report"a istinadən xəbər verir ki, alimlər bu məqsədlə müxtəlif SARS-CoV-2 ilə 49 yoluxma halı üzərində müşahidə aparıblar. Bütün xəstələrdə xəstəlik asimptomatik və ya yüngül simptomlarla keçib. Delta və alfa ştamına yoluxan insanlarda isə bunun əksini görüblər.

"Deltanın alfadan daha yoluxucu olduğunu bilirik. Araşdırmamız yeni infeksiyaların hava yolu ilə ötürülməsi üçün əlavə sübutlar verir", - tədqiqatçılar bildirib.

Hava monitorinqi sayəsində mütəxəssislər tibbi maskaların virusun yayılma riskini 50% azaltdığını da təsdiqləyiblər. Buna görə də yoluxmamaq üçün nəinki peyvənd olunmaq, həm də fərdi qoruyucu vasitələrdən istifadə etməyə davam etmək, həmçinin otaqları havalandırmaq lazımdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 4 SARS-CoV-2 mutasiyasını təhlükə dərəcəsinə görə bu cür sadalayıb: alfa (Böyük Britaniya), beta (Cənubi Afrika), qamma (Braziliya) və delta ştamları.

İlk dəfə Hindistanda tapılan delta ştamı son aylarda Rusiya da daxil olmaqla, əksər ölkələrdə dominantlıq edir.

Mənbə:
0
29
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar