AZ

Milli Hematologiya və Transfuziologiya Mərkəzində Keniya nümayəndə heyəti ilə görüş olub

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı bölməsində Keniya nümayəndə heyəti ilə görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a Mərkəzdən verilib.

 

Görüşdə Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maquanın başçılıq etdiyi nümayəndə heyəti Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı bölməsinin fəaliyyəti ilə yaxından tanış olub.

 

Sonda birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla