AZ

Ərdoğan ABŞ-a səfərini ləğv etməyib – Vaşinqtonun xəbərləri təkzib edildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə planlaşdırılan səfərin ləğvi ilə bağlı göstəriş verməyib. Ankara və Vaşinqton səfər proqramı ilə bağlı danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, Ərdoğan və ABŞ prezidenti Co Bayden arasında danışıqlar mayın 9-na planlaşdırılıb. Bununla belə, Ağ Evin sözçüsü Con Kirbi cümə axşamı deyib ki, Baydenin cədvəlində belə bir görüşlə bağlı proqram yoxdur.

Ərdoğanın ABŞ-yə gözlənilən səfəri ilə bağlı spekulyasiyalar “İsrail lobbisi” ilə əlaqələndirilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
34
40
Mənbələr
Şərh ()
Bağla