Çinli gənclər “Lamborghini”nin eqzosunda ət qızartmaq istədilər – Video

Ən bahalı barbekünün ən qısa hekayəsi.

Bu xəbərdən “Lamborghini”nin Çində neçəyə satıldığını və nəyin – steykin və ya avtomobilin daha tez yanacağını biləcəksən.

Çində çox maraqlı bir ənənə var: superkar sahibləri avtomobil parklanma yerlərinə toplaşıb orada istirahət edir. Barbeküsüz istirahət isə istirahət deyil. Bu toplantılardan birində gənc superkar sahibi “dəmir atının” eqzosunda ət qızartmaq fikrinə düşüb.

O, ət parçasını şişə taxaraq “Lamborghini Aventador” avtomobilin arxa hissəsinə yaxınlaşdırıb.

Bildiyimiz kimi, qaz pedalını sıxdıqda bu cür avtomobillərin eqzosundan alov çıxır. Çinli gənc steykini məhz bu alovda qızartmaq istəyib.

Lakin ət heç vama gəlməmiş maşının arxası tüstülənməyə başlayıb və bir müddət sonra avtomobilin mühərrikini soyudan maye çölə axıb. Bir sözlə, ip də gedib, it də.

0
77
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar