AZ

"Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinin başlamasını alqışlayırıq"

“Vaşinqton Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiya prosesinin başlamasını alqışlayır”.

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel brifinqdə deyib.

“Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə məlumatı alqışlayırıq. Bu, dayanıqlı və ləyaqətli sülh yolunda vacib addımdır”, - deyə Patel ABŞ Dövlət katibi Entoni Blinkenin bir neçə gün əvvəlki açıqlamasından sitat gətirib.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla