AZ

Qəzzada can itkisi 34 min 356 nəfərə yüksəldi

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 51 fələstinlinin həyatını itirdiyi, 75 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin Qəzza zolağına 203 gündür təşkil etdiyi hücumlarda isə ölənlərin sayının 34 min 356-ya, yaralıların sayının isə 77 min 368-ə yüksəldiyi qeyd edilib.

Günel Məlikzadə


Seçilən
59
Mənbələr
Şərh ()
Bağla