AZ

Erməni MMA idmançısı Maxaçevlə 4 dəfə döyüşməkdən İMTİNA ETDİ – FOTO

Erməni MMA idmançısı 4 dəfə döyüşməkdən imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə dağıstanlı MMA döyüşçüsü İslam Maxaçev New York Post Sports-a müsahibəsində bildirib.

İslam Maxaçev Arman Tsarukyanın onunla döyüşməkdən niyə imtina etdiyini açıqlayıb.

İdmançı deyib ki, Tsarukyan onunla 4 dəfə döyüşməkdən imtina edib.

“Bu “Arman” adlı oğlan ömrü boyu qisas almaqdan, revanş döyüşü haqqında danışıb. Lakin UFC ona dörd dəfə mənimlə döyüşmək şansı verdi və o, imtina etdi.

UFC dedi ki, UFC 300-dən sonra mənim rəqibim olacaq, amma bilirdim ki, Armand Oliveyranı məğlub etsə, heç vaxt bu döyüşə getməyəcək. Ona görə də təəccüblənmədim.

O, döydüyüm incimiş oğlandır, indi də adımı davamlı deyəcək. Ətrafımda özü üçün imic yaradır, amma mən ona yazığım gəlmir.

Qoy oğlancığaz sevinsin, o buna layiq idi. Amma bir daha təkrar edirəm, o, bütün şanslarından imtina etdi, bütün şanslarını buraxdı”, – Maxaçev deyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla