"Ermənistan millətçi ideologiyanı dəstəkləyir" - Nazir müavini

Ermənistanın irqi ayrı-seçkiliyə görə Azərbaycana qarşı tədbirlər görülməsi tələbi BMT Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməlidir.

 

Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr zamanı deyib.

 

Elnur Məmmədov Ermənistanın arqumentlərinin "qeyri-dəqiq" olduğunu bildirib.

 

Nazir müavini Ermənistanın monoetnik dövlət olaraq millətçi ideologiyanı dəstəklədiyini bildirib.

 

O xatırladıb ki, Ermənistan azərbaycanlılara qarşı törədilmiş cinayətləri araşdırmaq çağırışlarına məhəl qoymur.

Mənbə:
0
78
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar