AZ

Qadının gözünü əri ÇIXARDIB? - Ər-arvad bir yerdə yaşaya bilmirsə qanun nə deyir? - VİDEO

Qadının gözünü əri ÇIXARDIB? - Ər-arvad bir yerdə yaşaya bilmirsə qanun nə deyir? - VİDEO

Həyat yoldaşının yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın sosial şəbəkələrdə yaydığı video müraciət gündəm yaradıb. O sosial şəbəkə üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan həyat yoldaşına iki il həbs cəzası verilməsinə baxmayaraq, cəza müddəti bitdikdən sonra bir ev yaşaya biləcəklərindən şikayətlənib. Bəs münaqişəli ailələrin birlikdə yaşamağı nə dərəcədə doğrudur?

"Hər dəfə münaqişələr zamanı Yalçın mənə ağır zərbələr vururdu. Belə münaqişələrin birində uşaqların gözü qarşısında məni vəhşicəsinə döydü və üzümə ağır zərbələr vurdu. Nəticədə sol gözümdən ağır zərbələr aldım. Daha sonra əməliyyat olundum və gözümə protez qoydular".

Sonxeber.az xəbər verir ki, DİN-dən "ATV Xəbər"ə Anastasiyanın bəzi iddialarının əsassız olduğu bildirilib. Qeyd edildi ki, xanım gözünü xəsarət səbəbindən deyil, xəstəlikdən itirib:

"Cinayət işi üzrə dəfələrlə təyin edilən təkrar və komisyon məhkəmə tibbi ekspertizasının rəylərində göstərilib ki, Anastasiya Bektimirovanın şok gözünün tamamilə gözünün orqan kimi sıradan çıxmasına səbəb aldığı xəsarətlər deyil, travmadan əvvəl xroniki uveytin fəsadlari olaraq terminal qlaukoma xəstəliyidir".

Vəkillər deyib ki, bu kimi məsələlər ilə əlaqədar ailələrdə məişət zorakılığı hallarının çoxaldığını bildirir. Qanun isə deyir ki, əgər əmlak birgə olaraq təyin edilibsə onun bölünməsi təbiidir. Nəticə etibarilə bu əmlakdan birgə istifadəsində hər iki tərəfin hüququ var.

Ətraflı "ATV Xəbər"in süjetində:

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla