AZ

Çin yenə ABŞ-dan "qırmızı xətt"i keçməməyi TƏLƏB ETDİ

"ABŞ Çinin daxili işlərinə qarışmamalı və onun inkişafının qarşısını almamalıdır". R

Publika.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə bildirib.

Vang Yi həmçinin Vaşinqtona Çinin "qırmızı xətlər"ini keçməmək barədə xəbərdarlıq edib.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ üçün "qırmızı xətt"ləri müəyyən etmişdi. O, Tayvanın mülkiyyəti məsələsinin Çin üçün əsas olduğunu və Pekin ilə Vaşinqton arasındakı münasibətlərdə ABŞ-ın keçməməli olduğu açıq "qırmızı xətt" olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar Tayvanda seçkilərə müdaxilənin yolverilməzliyi ilə bağlı tələsik bəyanatlar verir və bununla bağlı Çin kəskin narazılığını bildirir və buna qəti etiraz edir.

Seçilən
37
4
Mənbələr
Şərh ()
Bağla