Elman Nəsirov qanundakı "deputat" sözünün "millət vəkili" ilə əvəzlənməsini təklif etdi

Deputat Elman Nəsirov Milli Məclisin iclasında çxış edərək Deputat statusu haqqında qanuna dəyişiklik olunması zərurətindən danışdı. O, qanunda əksini tapan deputat ifadəsini millət vəkili təqdimatı ilə əvəzləməyə çağırdı.

E.Nəsirov bu mənada qardaş Türkiyədən nümunə gətirərk bildirdi ki, Azərbaycan və Türkiyədən olan iki şəxs bir-birindən statuslarını soruşanda biri “deputat”, digəri “millət vəkili” cavabını verir. E.Nəsirovun sözlərinə görə, deputat adının millət vəkili ifadəsi əvəzlənməsi bu gün zərurətə çevrilib. “Biz məhz millətin vəkilləriyik. Odur ki, 5 fəsil, 33 maddədən ibarət olan Deputat statusu haqqında qanuna yenidən baxılmasına ehtiyac var və deputat sözünün millət vəkili ifadəsi ilə əvəzlənməsini təklif edirəm”.

E.Paşasoy,

Musavat.com

0
7
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar