Cəbrayılın icra başçısı Qarabağ qazisinə diqqət göstərmir

Biləsuvarda məskunlaşmış Cəbrayıl köçkünü, 23 yaşlı Novruz Novruzov İkinci Qarabağ Müharibəsi qazisidir. Sentyabrın 28-də Suqovuşan uğrunda döyüşlərdə yaralanıb və ordudan tərxis edilib. Sağ ayağının dizdən aşağı hissəsini itirib. 45 gün M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində müalicə alıb. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bir ayağı dizdən aşağı amputasiya olunub. Bundan başqa, gözündən də əməliyyat olunub. Sağlamlığını itirdiyi üçün indi özünə iş tapa bilmir.

Qazimiz iş üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət etsə də, imtina cavabı alıb.
2016-cı ildən Cəbrayıl rayonuna Kamal Həsənov rəhbərlik edir. Bu müddət ərzində onun hansı fəaliyyəti diqqət çəkib?

Cəbrayıllıların bir Mahmud Quliyev adlı bəlası var idi, onu vəzifəsindən azad edib, yerinə Kamal Həsənovu gətirdilər. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Kamal müəllim düşündük ki, nəyisə dəyişəcək, ancaq, artıq 5 ildir ki, ortada heç bir müsbət fəaliyyət yoxdur.

Cəbrayıl RİH-nin rəsmi saytına daxil olduqda nə görsəm yaxşıdır, qurumun rəsmi saytına hansısa mərc şirkətinin reklamını qoşublar. Saytı biraz araşdırdıqca görünür ki, rəsmi saytın bir çox bölmələri boşdur. İcra hakimiyyətində işləyən yoxdurmu? Biyabırçılıqdır… BUnların işləri yalnız öz maraqları daxilində hərəkət etməkdir.

Kamal müəllim icranın önündəki yolu bağlamaqla siz özünüzü nə hesab edirsiniz?!
Nazirlər Kabinetinin belə şəxsi yolu yoxdur, Kamal müəllim isə vətəndaşların hərəkət etdiyi yolu bağlatdırıb, özünə şəxsi yol çəkdirib. Belə şeymi olar?! Siz belə etməklə nə məqsədlə güdürsünüz?!

Ölkədə ciddi islahatların getdiyi dönəmdə bir rayonun icra başçısı özünü “şah” elan edib. Həbs olunan icra başçıları dərs olmurmu sizlərə?! Bir qaziyə iş tapmaq eləmi çətindir?! Nədir axı sizin probleminiz?! Ölkə başçısının çıxışlarına baxmırsınızmı?!

Mən bir Cəbrayıllı kimi, hüquq mühafiə orqanlarından xaiş edirəm, Kamal Həsənovun fəaliyyəti araşdırılsın.

Aslan Həmidli

0
101
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar